AZ

Misir Mərdanovun adından dezinformasiya yayıldı

Sabiq təhsil naziri Misir Mərdanov haqqında sosial şəbəkələrdə dezinformasiya yayılıb.

Belə ki, özəl kurslardan biri "İki aya olimpiada müəllimi ol" adlı proqram təşkil etdiklərini və layihəni bitirənlərə sertifikatları şəxsən eks-təhsil naziri Misir Mərdanovun təqdim edəcəyini iddia edib.

Modern.az-a açıqlama verən sabiq təhsil naziri sözügedən məsələdən tamamilə xəbərsiz olduğunu bildirib:

"Məni bir neçə dəfə rəsmi olimpiada qaliblərini təbrik etmək və sertifikatları təqdim etmək üçün tədbirlərə dəvət ediblər, mən də məmnuniyyətlə iştirak etmişəm. Ancaq mən nə olimpiada keçirmişəm, nə də hər hansı bir kursda bu kimi təşəbbüslərə qoşulmuşam. Belə bir şey mümkün deyil. Bu, reallığı əks etdirməyən bir məsələdir və mən heç vaxt belə işlərlə məşğul olmaram".

M.Mərdanov iki ay ərzində olimpiada müəllimi hazırlamağın qeyri-mümkün olduğunu vurğulayıb:

"İki aya olimpiada müəllimi hazırlamaq olmaz. İndi həmin kursun rəhbərliyinə zəng edib mənim adımdan niyə belə bir addım atdıqlarını soruşacağam".

"Cebheinfo.az"

Seçilən
1
2
cebheinfo.az

3Mənbələr