Azərbaycan Rusiya və İranla “e-Permit” sisteminin tətbiqinə dair razılıq əldə edib.
Hafta.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) yükdaşımaları departamentinin direktoru Sübhan Əbilov 2-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda deyib.
S.Əbilov qeyd edib ki, bu sahədə ən vacib məsələ xüsusilə bütün ölkələrin beynəlxalq yükdaşımalarında istifadə etdiyi xarici ölkələrin icazə blanklarıdır:
“Yüzminlərlə mübadilə olunan sənədlər daşıyıcılara, sürücülərə beynəlxalq yükdaşımaların həyata keçirilməsi üçün verilir”.
Qeyd edək ki, “e-Permit” (Elektron İcazə), beynəlxalq avtomobil yükdaşımalarında ölkələr arasında istifadə olunan “İcazə” (keçid) blanklarının rəqəmsal formada mübadiləsini və verilməsini təmin edən elektron sistemdir.