AZ

Rusiyada səsdən sürətli sərnişin təyyarəsi hazırlanır

Rusiyada səsdən sürətli sərnişin təyyarəsinin prototipi hazırlanır.

Publika.az xəbər verir ki, bu barədə Birləşmiş Aviasiya Korporasiyasının rəhbəri Vadim Badexa TASS-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, layihə üzərində işlər Jukovski adına Milli Tədqiqat Mərkəzi tərəfindən aparılır və Birləşmiş Aviasiya Korporasiyası (OAK) bu prosesə fəal dəstək verir.

“Bu, artıq kağız üzərində qalan layihə deyil. Təyyarənin prototipi real şəkildə hazırlanır və biz inanırıq ki, Jukovski Mərkəzinin apardığı işlər uğurla nəticələnəcək”, - deyə Badexa vurğulayıb.

Xatırladaq ki, mayın əvvəlində sənaye və ticarət naziri Anton Alixanov Rusiyada səsdən sürətli mülki təyyarənin yaradılması istiqamətində ilkin işlərin aparıldığını açıqlamışdı. Nazir bildirmişdi ki, hazırda mütəxəssislər təyyarənin layihələndirilməsi və təcrübi nümunəsinin hazırlanması ilə məşğuldurlar.

Seçilən
26
publika.az

1Mənbələr