AZ

SHOT: Ukraynada qohumlarını ziyarətə gələn alman vətəndaş zorla səfərbər edilib

Ukraynanın Çernovitsi bölgəsindən olan, lakin artıq Almaniya vətəndaşlığı almış şəxs ailəsini ziyarət etməyə gələn zaman hərbi komissarlıq tərəfindən saxlanılıb. Sənədlərini təqdim etməsinə baxmayaraq, həmin şəxs zorla hərbi təlim mərkəzinə göndərilib.

Herbiand.az bildirir ki, bu barədə SHOT Telegram kanalı məlumat verib.

Məlumata görə, səfərbər edilən şəxs 2017-ci ildə rəsmi olaraq Almaniya vətəndaşlığını almış və Ukrayna vətəndaşlığından imtina etmiş Çernovitsi bölgəsindən olan bir şəxs olub. O, qohumlarını ziyarət etmək üçün Bukovinaya gəlib.

Yoxlama zamanı sənədlərini təqdim etsə də, hərbi komissarlıq nümayəndələri buna məhəl qoymayıblar. Əcnəbi saxlanılıb və dərhal hərbi təlim mərkəzinə göndərilib.

Almaniyanın Ukraynadakı səfirliyi artıq hadisədən xəbərdardır.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
20
herbiand.az

1Mənbələr