AZ

Virtual məkanda etnomədəni sabitliyə dəstək layihəsinə start verildi

Bakupost portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Kamillik Vətəndaşların Hüquqi Maarifləndirilməsi” İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Virtual məkanda etnomədəni sabitlik və təxribatların qarşısının alınması təşəbbüslərinə dəstək” layihəsinə başlayıb.

Bakupost.az xəbər verir ki, layihənin əsas məqsədi milli azlıqlara yönələn, xüsusilə xarici mənbələrdən qaynaqlanan ideoloji təsirlərin və təxribat xarakterli informasiyaların qarşısının alınmasına töhfə vermək, ictimai maarifləndirməni gücləndirmək və cəmiyyətdə sağlam etnomühitin formalaşmasını dəstəkləməkdir.

Layihə Azərbaycanda yaşayan müxtəlif xalqların və milli azlıqların mədəni müxtəlifliyinin qorunması, milli-mənəvi irsinin tanıdılması və onların cəmiyyətə inteqrasiyasının gücləndirilməsi istiqamətində fəaliyyətləri əhatə edir. Təşəbbüs tolerantlıq, multikulturalizm və birgəyaşayış ənənələrinin təşviqinə xidmət edəcək.

Layihə çərçivəsində 12 maarifləndirici məqalə, 4K formatında 30-40 dəqiqəlik 13 podkast, həmçinin 20 maarifləndirici video və reels hazırlanacaq. Bundan əlavə, jurnalist və bloggerlər üçün xüsusi maarifləndirici sessiyanın təşkili nəzərdə tutulur.

Layihənin həyata keçirilməsi nəticəsində virtual məkanda ictimai maarifləndirmənin gücləndirilməsi, milli və etnik müxtəlifliyə dair həssas mövzularda düzgün informasiya mühitinin formalaşdırılması və cəmiyyətdə qarşılıqlı etimadın möhkəmləndirilməsi hədəflənir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
5
2
www.bakupost.az

3Mənbələr