AZ

Bəhreyn və Küveyt ABŞ ın hücumuna görə məsuliyyət daşıyır İran XİN

ain.az, 525.az portalına istinadən məlumat yayır.

İranın Xarici İşlər Nazirliyi (XİN) ABŞ-ın İran hədəflərinə gecə hücumlarını pisləyərək, Bəhreyn və Küveytin buna görə məsuliyyət daşıdığını bəyan edib.

525.az xəbər verir ki, Tehran ABŞ-ın Qeşm adasında tankerə və telekommunikasiya qülləsinə hücumlarını pisləyib və bunu atəşkəsin pozulması adlandırıb.

"Xarici İşlər Nazirliyi ABŞ-ı İrana qarşı hücumlar həyata keçirmək üçün regional ölkələrin ərazisini və obyektlərini müstəmləkəçi şəkildə istifadə etdiyinə görə qınayır və dünən gecə baş verən təcavüzkar hərəkətlərə görə Küveyt və Bəhreyn hakimiyyətlərinin birbaşa və aydın məsuliyyətini vurğulayır", - açıqlamada qeyd olunub.

Çərşənbə gecəsi İran və ABŞ hərbçiləri arasında qarşılıqlı hücumlar baş verib. İran Küveyt və Bəhreyndəki hədəflərə raketlər atıb, lakin ABŞ Mərkəzi Komandanlığının məlumatına görə, raketlər hədəflərinə çatmayıb.

Küveyt mediası isə bir nəfərin həlak olduğunu və hücumlara görə hava limanının fəaliyyətini dayandırğını yazıb.

Pərvanə Sultanova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
8
525.az

1Mənbələr