AZ

İngiltərədə hərbi helikopter qəzaya uğradı

Böyük Britaniyada hərbi helikopter qəzaya uğrayıb.



Manset.az xarici mediaya istinadən xəbər verir ki, Böyük Britaniyanın cənub-qərbində yerləşən Devon bölgəsində Kral Hərbi Dəniz Qüvvələrinə məxsus helikopter qəzaya uğrayıb. Hava gəmisinin boş əraziyə düşdüyü bildirilir.


Polisin məlumatına görə, hadisədən dərhal sonra əraziyə çoxsaylı fövqəladə xidmət əməkdaşı cəlb olunub və xilasetmə əməliyyatı davam etdirilir.


Britaniya mətbuatının hüquq-mühafizə orqanlarına istinadən yaydığı xəbərlərdə qəzaya uğrayan helikopterin Birləşmiş Krallığın Kral Hərbi Dəniz Qüvvələrinə məxsus hərbi hava vasitəsi olduğu qeyd edilir.


Hadisənin səbəbləri araşdırılır.

Seçilən
12
4
manset.az

5Mənbələr