AZ

İranla ABŞ arasında bu tarixdə müharibə başlayacaq KONKRET

ain.az, Konkret.az portalına istinadən məlumat yayır.

Yaxın Şərqdə gərginliyin yenidən artması İran və ABŞ arasında mümkün hərbi qarşıdurma ehtimalını yenidən gündəmə gətirib. Son günlər baş verən qarşılıqlı hücumlar və sərt bəyanatlar regionda vəziyyətin hansı istiqamətdə inkişaf edəcəyi ilə bağlı suallar yaradıb.

Bəs yaxın vaxtlarda İranda genişmiqyaslı müharibə yenidən alovlana bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, İran və ABŞ arasında genişmiqyaslı müharibənin baş verməsi hazırkı mərhələdə gözlənilmir.

Onun sözlərinə görə, son hərbi toqquşmalar daha çox tərəflərin bir-birinə siyasi və hərbi mesaj verməsi xarakteri daşıyır:

“ABŞ çalışır ki, İranı danışıqlar masasında müəyyən güzəştlərə məcbur etsin. Buna cavab olaraq SEPAH regiondakı ABŞ hərbi bazalarına zərbələr endirməklə Vaşinqtona mesaj verir ki, təzyiq dili ilə nəticə əldə etmək mümkün deyil. İran göstərmək istəyir ki, mümkün müharibə təkcə iki ölkə ilə məhdudlaşmayacaq, regionun digər dövlətlərini də əhatə edəcək”.

Politoloq qeyd edib ki, belə bir ssenari Yaxın Şərqdə eskalasiyanın daha da genişlənməsinə və dağıdıcı nəticələrə səbəb ola bilər:

“Buna baxmayaraq, genişmiqyaslı və dağıdıcı müharibə ehtimalını yüksək qiymətləndirmirəm. Ayrı-ayrı hərbi toqquşmaların və qarşılıqlı zərbələrin davam etməsi mümkündür. Lakin tərəflərin tammiqyaslı müharibəyə getməsi real görünmür.

ABŞ danışıqlar yolu ilə razılaşmaya nail olmağa çalışır. İran isə prosesi uzatmaq taktikasına üstünlük verir. Bu səbəbdən tərəflər arasında münasibətlərin qısa müddətdə normallaşacağı gözlənilmir”.

Politoloq hesab edir ki, hazırkı mərhələdə ən real ssenari kövrək atəşkəsin və qarşılıqlı gərginliyin davam etməsidir:

“İran və ABŞ arasında atəşkəs formal olaraq qorunsa da, vəziyyət kifayət qədər həssas olaraq qalır. Kiçikmiqyaslı insidentlər və lokal toqquşmaların baş verməsi mümkündür. Lakin bunun yaxın vaxtlarda genişmiqyaslı müharibəyə çevriləcəyini düşünmürəm”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
1
konkret.az

2Mənbələr