AZ

Azərbaycan Argentina münasibətləri təhsil və mədəniyyət müstəvisində

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 3 iyun, AZƏRTAC

İyunun 3-də Argentinanın ölkəmizdəki səfiri xanım Marianxeles Belluşi Azərbaycan Dillər Universitetinin (ADU) qonağı olub.

Bu barədə AZƏRTAC-a ADU-dan məlumat verilib. ADU-nun rektoru akademik Kamal Abdulla qonaqla görüşdə bildirirb ki, son illər Azərbaycan-Argentina münasibətləri yüksələn xətlə inkişaf etməkdədir. Bu münasibətlər siyasi, iqtisadi sahələrlə yanaşı, elm, mədəniyyət və təhsil sahəsində də özünü müsbət mənada göstərməkdədir.

“Bizim Argentina ədəbiyyatına, mədəniyyətinə, tarixinə böyük hörmətimiz var. Mənim ən sevimli yazıçılarımdan biri də Borxesdir. Argentina haqqında ilk məlumatları biz Borxesdən öyrənmişik”, - deyən rektor bildirib ki, universitet uzun illərdən bəri Argentina səfirliyi ilə əməkdaşlıq edir. Səfirliklə qurulan sıx təmaslar tələbələrimizə, müəllimlərimizə Argentinanı daha yaxından tanımaq imkanı verir.

Səfir Argentina ilə Azərbaycan arasında mövcud olan tərəfdaşlıq və dostluq münasibətlərindən danışıb. Qeyd edib ki, ADU ilə sıx əlaqələrin qurulması və əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi çox önəmlidir. ADU tələbələrinin yüksək bilik və bacarıqlara malik olduğunu bildirən qonaq ispandilli səfirliklərin böyük əksəriyyətində məhz ADU məzunlarının çalışdığını söyləyib. Argentina səfirliyi ilə universitet arasındakı əlaqələrin gələcəkdə daha da möhkəmlənəcəyinə inamını ifadə edən səfir deyib ki, təcrübə mübadiləsi əsasında hazırda ADU-nun bir tələbəsi səfirlikdə istehsalat təcrübəsində iştirak edir və bu gün həmin tələbənin tərcümə etdiyi Argentina filminin universitetdə nümayişi olacaq. Ölkələrimizi bir-birinə tanıtmaqda mədəniyyət faktorunun əsas olduğunu vurğulayan səfir Marianxeles Belluşi Argentina filmlərinin Azərbaycan dilində nümayişini sevindirici hal kimi dəyərləndirib.

Görüşdən sonra ADU-nun Tərcümə fakültəsinin 4-cü kurs tələbəsi Rəfiqə Cavadlının tərcüməsində “Zəmanə qəhrəmanları” adlı Argentina filmi nümayiş olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
2
azertag.az

3Mənbələr