AZ

Bilyard üzrə Avropa Kuboku və Avropa çempionatında 10-dan çox ölkənin təmsilçisi çıxış edəcək

Bakı, 3 iyun, AZƏRTAC

Bakıda təşkil olunacaq sərbəst piramida növü üzrə Avropa Kuboku və Avropa çempionatında 10-dan çox ölkənin bilyardçısı çıxış edəcək.

Bilyard Federasiyasından AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, hər iki turnirdə Azərbaycanın 20-dən artıq idmançısı mübarizə aparacaq.

Avropa Kuboku iyulun 5-8-də 40 yaşdan yuxarı idmançılar arasında keçiriləcək. Qitə çempionatı isə 8-12 iyulda baş tutacaq.

Qeyd edək ki, hər iki yarış Gənclər və İdman Nazirliyi, Azərbaycan Bilyard Federasiyası və Avropa Piramida Federasiyasının dəstəyi ilə “Strike for Glory!” şüarı altında keçiriləcək.

Seçilən
0
1
azertag.az

5Mənbələr