AZ

Bərdədə qaz kəsiləcək: 10 küçə müvəqqəti qazsız qalacaq



Bərdə şəhərində planlaşdırılan təmir-quraşdırma işləri ilə əlaqədar bəzi ərazilərdə qaz təchizatının dayandırılacağı açıqlanıb.

Məlumata görə, 4 iyun 2026-cı il tarixində saat 14:30-dan etibarən işlər başa çatanadək şəhərin bir sıra küçələrində təbii qazın verilişində müvəqqəti fasilə yaranacaq.

Tərtər Regional Qaz İstismarı İdarəsinin bildirdiyinə görə, aparılan işlər qaz təsərrüfatının daha təhlükəsiz və dayanıqlı fəaliyyətinin təmin olunmasına xidmət edir.

Qaz təchizatının dayandırılması Bərdə şəhərinin 10 küçəsini əhatə edəcək. Sakinlərə əvvəlcədən zəruri ehtiyat tədbirlərinin görülməsi tövsiyə olunur.

Qurum qeyd edib ki, təmir işləri başa çatdıqdan sonra qaz təchizatı mərhələli şəkildə bərpa ediləcək.



Seçilən
18
aia.az

1Mənbələr