AZ

Avropada anomal isti xəbərdarlığı “El Nino” fəlakəti qapıda

Qafqazinfo saytına istinadən ain.az xəbər verir.

Böyük Britaniya ilə İrlandiyada başlayan anomal istilər Avropada ciddi narahatlıq yaradıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Dünya Meteorologiya Təşkilatı məlumat yayıb.

Qurum qlobal istiləşməni stimullaşdıran “El Nino” iqlim hadisəsinin yaxınlaşması ilə bağlı xəbərdarlıq edib.

İlkin məlumatlara görə, təkcə Böyük Britaniyada anomal istilərin pik nöqtəyə çatdığı həftəsonu ən azı 250 ölüm faktı qeydə alınıb. Ölüm hallarının yüksək olmasının əsas səbəbi kimi istilərin qəfil düşməsi və insanların hələlik buna uyğun davranışlara adaptasiya ola bilməməsi göstərilir.

Qeyd olunur ki, əsas böyük sınağın Şimali Avropada yaşanacağı gözlənilir. Bu mənada, Böyük Britaniya, İsveç və Norveç kimi ölkələrin qəfil istilərə tamamilə hazırlıqsız olduğu vurğulanıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
26
3
qafqazinfo.az

4Mənbələr