
Cəlilabad rayonunda qətl hadisəsi baş verib.
Gender.az xəbər verir ki, hadisə rayonun Məhəmməd Hadi küçəsində qeydə alınıb.
Anar adlı şəxs dayısının həyat yoldaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Nəticədə qadın aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.
Hadisədən sonra şübhəli şəxs ərazidən uzaqlaşaraq qaçıb. Bildirilir ki, o, örüş sahəsi istiqamətində hərəkət edərkən çobanlar tərəfindən görülüb.
Hazırda hüquq-mühafizə orqanları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Faktla bağlı araşdırma aparılır./teleqraf