AZ

U-20 millimiz Qəbələdə Pakistan yığması ilə qarşılaşacaq – ARENA.AZ

Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-20) Pakistan yığması ilə yoxlama oyunu keçirəcək.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Bildirilir ki, Pakistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşma iyunun 9-da Qəbələ şəhər stadionunda təşkil olunacaq. Oyuna saat 17:30-da start veriləcək.

Qeyd edək ki, portuqaliyalı mütəxəssis Ruy Jorjenin rəhbərlik etdiyi Azərbaycanın U-20 millisi iyunun 10-na qədər Qəbələdə təlim-məşq toplanışında olacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin:
Seçilən
2
5
arena.az

10Mənbələr