AZ

Vardanyan, Qukasyan, Sahakyan və digərlərinin məsələsi İrəvan ilə Bakı arasında həll olunmalıdır - Lavrovun müavini

Bakı. Trend:

Qarabağdakı separatçıların “liderlər”inin həbsi ilə bağlı məsələİrəvan ilə Bakı arasında həll olunmalıdır. Çünki saxlanılan şəxslərErmənistan vətəndaşlarıdır.

Trend xəbər verir ki, bunuRusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin qondarmaqurumun keçmiş “rəhbər”lərinin Azərbaycan tərəfindən saxlanılmasıvə Moskvanın konkret olaraq Ruben Vardanyanla bağlı nəsə tədbirgörməyə hazır olub-olmaması ilə bağlı suala cavabında bildirib.

Nazir müavini qeyd edib ki, saxlanılan şəxslərin məsələsiErmənistanla Azərbaycanın hakimiyyət orqanları arasında həllolunmalıdır.

“Ən ümumi şəkildə deyə bilərəm ki, söhbət ilk növbədə Ermənistanvətəndaşlarından və ya Rusiya vətəndaşlığından könüllü olaraqimtina etmiş şəxslərdən gedir. Ona görə də, bu məsələlər ilknövbədə bu şəxslərin vətəndaşı olduqları Ermənistanla AzərbaycanRespublikasının hakimiyyət orqanları arasında həll olunmalıdır. Məntoxunmadığım vacib bir məqama da diqqətinizi çəkmək istəyirəm. Bu,o məqamdır ki, rəsmi İrəvan hansısa mərhələdə onun Qarabağermənilərinin taleyi ilə heç bir əlaqəsinin olmadığını və bununlabağlı bütün məsələlərin Qarabağın erməni nümayəndələri iləAzərbaycan hakimiyyəti arasında dialoq çərçivəsində həll edilməliolduğunu deməyə başladı. Çox təəssüf ki, bu baş verdi. Məndiqqətinizi buna cəlb edirəm”, - deyə rusiyalı diplomatvurğulayıb.

Seçilən
145
10
az.trend.az

10Mənbələr