Quşüzümü ən faydalı yabanı giləmeyvə sayılır. Xalq təbabətində quşüzümü çox geniş istifadə olunur.Metbuat.az saglamolun.az-a istinadən xəbər verir ki, bu kiçik qırmızı giləmeyvə müxtəlif faydalı maddələrlə olduqca zəngindir. Onun tərkibində C, K, B qrupu vitaminlər, orqanik turşular, xərçəngdən qoruyan flavonoidlər, katexinlər və antosianlar, efir yağları, pektin, büzücü və s. faydalı maddələr var.Quşüzümü əsl təbii dərman və vitamin kompleksidir. Onun faydalı xüsusiyyətlərini saymaqla bitməz:- güclü antioksidant xüsusiyyətlərlə zəngindir, qocalma prosesləri ləngidir- sinir sistemini sakitləşdirir, gərginliyi, stresi azaldır, yuxunu yaxşılaşdırır, baş ağrılarını müalicə edir- qanda xolesterinin səviyyəsini aşağı salır- orqanizmi şlaklardan və toksinlərdən təmizləyir- soyuqdəymə xəstəlikləri zamanı yaxşı müalicəvi təsir edir- avitaminozun qarşısını alır- ürək xəstəlikləri, hipertoniya zamanı faydalıdır, ürəklə bağlı olan ödemləri azaldır, ürək əzələsini möhkəmləndirir- yaxşı sidikqovucu təsirə malikdir, böyrəkləri və sidik kisəsini duzlardan və mikroblardan təmizləyir, sistiti müalicə edir- damarların dərmanıdır - damarları təmizləyir, möhkəmləndirir, onların elastikliyini artırır, aterosklerozun, insultun və infarktın profilaktikasıdır- qanda şəkərin səviyyəsini aşağı salır- onkoloji xəstəliklərin inkişafının qarşısını alır- orqanizmi tonuslaşdırır.Nəzərə almaq lazımdır ki, bəzi mədə-bağırsaq sistemi xəstəlikləri (xora xəstəliyi, mədənin turşuluğunun artması ilə müşayiət olunan qastrit), hipotoniya (aşağı təzyiq) zamanı quşüzümü yemək olmaz.Quşüzümündən müalicəvi içki resepti:1 ovuc təzə quşüzümü blenderdə əzilir, üzərinə 1 stəkan isti su əlavə olunur. Dəmləməni qida qəbulundan əvvəl 1/3 stəkan olmaqla qəbul edin (qəbul etdikdən əvvəl qarışdırın). Belə dəmləmə hipertoniya, şəkərli diabet, baş ağrıları, istənilən iltihablar zamanı çox faydalıdır, damarları təmizləyir, orqanizmi möhkəmləndirir, xərçəngin profilaktikasıdır.