Bakı. Trend:
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamınınicrası ilə bağlı Azərbaycan Ordusunun təlim hərbi hissələrində gəncəsgərlərin qəbulu prosesi davam edir.
Trend xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumatyayıb.
Bildirilib ki, xidmətə yeni gələn çağırışçılar hərbi hissələrinqəbul məntəqələrində qeydiyyatdan keçir, tibb məntəqələrində hərbihəkim komissiyası tərəfindən təkrar müayinə olunur, sonra mövsüməuyğun hərbi geyim və digər təminat növləri ilə təmin edilirlər.
Bütün hərbi hissələrdə şəxsi heyətin qidalanmasına xüsusi diqqətyetirilir. Əsgər yeməkxanalarında sanitar-gigiyenik qaydalara tamriayət olunmaqla yüksək kalorili, keyfiyyətli yeməklərhazırlanır.
Çağırışçılar hərbi xidmətin xüsusiyyətləri, təhlükəsizlikqaydaları, nizamnamələrin tələbləri barədə ətraflıməlumatlandırılır. Onlarla maarifləndirici və fərdi söhbətləraparılaraq, psixoloji xüsusiyyətləri öyrənilir.
Gənc əsgərlərin hazırlığı proqramına uyğun olaraq çağırışçılarlafərdi hazırlıq məşğələləri keçirilir.