...Bir nəfər İsrailin Təl-Əvivdən 19 kilometr aralıda yerləşən Raanana şəhərində yoldan keçənlərə hücum edib. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, o, ilk qurbanına bir neçə bıçaq zərbəsi vurub və onun avtomobilini qaçırıb, sonra isə piyadalara bir neçə dəfə ardıcıl hücumlar edib.
SİA-nın əldə etdiyibaşqa bir versiyaya görə, hücum edənlər iki nəfər olublar, onlar müxtəlif yerlərdə iki ayrı hücum həyata keçiriblər.
...Bıçaq zərbəsi alan avtomobilin sahibi dünyasını dəyişib.
Bundan əlavə ən azı 17 nəfərin yaralandığı deyilir.
Ölənlər arasında uşaqlar da var. Hücum edən şəxs saxlanılıb. Polis onun İordan çayının qərb sahilinin Hebron şəhərindən olan və İsraildə qeyri-qanuni işləyən 44 yaşlı fələstinli olduğunu bildirib.
Onun şəriklikdə şübhəli bilinən qohumu da saxlanılıb. Təhlükəsizlik xidmətləri hücumda siyasi motivin olub-olmadığını araşdırır.
Kəşfiyyat xidmətləri hücumçunun başqa şəriklərinin də ola biləcəyini istisna etmir.
Bu arada Raanana şəhərinin meri məktəblərin bağlanması barədə göstəriş verib və vətəndaşları vəziyyət aydınlaşana qədər uşaqları küçələrə buraxmamağa çağırıb.
Nazlı