AZ

Müslümovun müsadirə edilən 8 milyonluq mülkləri – SİYAHI

Sabiq əmək və sosial müdafiə naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. Ona 5 il sınaq müddəti təyin olunmaqla 11 il müddətinə şərti cəza verilib.

Ulusal.az bildirir ki, hökmə əsasən, sabiq nazirin 8 milyonluq əmlakı da müsadirə ediləcək.

Sözügedən əmlakların bir hissəsi aşağıdakılardır:

-Binəqədi rayonu, Akademik Ziya Bünyadov prospektində yerləşən iki mənzil;

-Səbail rayonu, Azadlıq prospektində yerləşən qeyri-yaşayış sahəsi;

-Bakı şəhəri, Yasamal rayonu, Mirzə İbrahimov küçəsində mənzil;

-Nərimanov rayonu, Oqtay Kərimov küçəsində iki ev;

-Nərimanov rayonu, Məmməd Araz küçəsində ev;

-Binəqədi rayonu, 6-cı mikrorayonda yerləşən 500 və 300 kv.m torpaq sahələri;

-Bakı şəhəri, Xətai rayonu, Rəsul Rza küçəsində yerləşən 300 kv.m olan qeyri yaşayış sahəsi.

Seçilən
178
50
moderator.az

10Mənbələr