AZ

ABŞ və Böyük Britaniya Yəmənə daha bir zərbə vurdu

Birləşmiş Ştatlar və Britaniya üsyançı Husi Ənsar Allah hərəkatının nəzarətində olan Yəmənə gecə ərzində ikinci silsilə zərbələr endirib.
QHT.az xəbər verir ki, Damar, Taiz, Hodeyda və Əl-Bayda əyalətlərinə hücum edilib. Zərbələrdən biri Qırmızı dəniz sahilindəki Hodeyda əyalətində yerləşən Əl-Salif kəndində husilərin hədəfinə endirilib.
Telekanal cümə axşamı səhər saatlarında ABŞ və Böyük Britaniyanın Ənsarullahın nəzarətində olan Damar, Saada, Taiz, Hodeyda və Əl-Beyda əyalətlərinə hücum etdiyini bildirib. ABŞ Mərkəzi Komandanlığı zərbələrin "bölgədəki ticarət və ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri üçün dərhal təhlükə yaradan" 14 Huti raket buraxılış qurğusunu hədəf aldığını təsdiqləyib.
 
Pərvanə Fərhadqızı

Seçilən
369
1
qht.az

10Mənbələr