AZ

Əncir qurusunun faydaları - Kimlər əncir yeməməlidir? - FOTO

Vitamin və minerallarla zəngin olan əncir sağlamlıq üçün olduqca faydalıdır.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir k, tərkibi antioksidantla bol olan əncir bədənin immumitet sistemin gücləndirir və onun xəstəliklərə qarşı müqavimətini artırır.

Qurudulmuş xurma ilə yanaşı qurudulmuş əncir də alternativ kimi istifadə edilə bilər.

Əncirin meyvəsi qurusundan daha çox faydalıdır. Əncir qurusunda dəmir, kalsium, antioksidant və kompleks şəkildə karbohidrat mövcuddur.

Qurudulmuş əncir qəbizliyin müalicəsində istifadə edilir. Lakin meyvələr qurudulduqda onları tərkibindəki şəkər miqdarı artır bu da onun kalorisinin daha yüksək olmasına səbəb olur.

Buna görə də əncir qurusunu müəyyən sayla istehlak etmək vacibdir. Şəkərli dibet xəstələri isə əncirin meyvəsdindən və qurusundan uzaq durmalıdır.

Buna səbəb onların hər ikisinin qanda şəkəri anidən yüksəltməsidir. Onlar sadəcə bir ədəd əncir yeyə bilərlər.

Pəhriz zamanı da ənciri qida rasiyonuna əlavə etmək mümkündür. 2 ədəd quru əncir və 2 ədəd əncir meyvəsi təxminən 60 kaloridir.

Mütəxəssislər hər gün səhər yeməyində iki ədəd qurudulmuş və iki ədəd əncir meyvəsi yeməyin xeyirli olduğunu qeyd edib.

Quru əncir təzyiqi normal saxlamağa kömək edir. Onu əsasən sərin və quru yerdə saxlamaq lazımdır. Soyuducuda saxlanıldığı təqdirdə isə 1 il ərzində istehlak edilməlidir.

Seçilən
434
50
baku.ws

10Mənbələr