AZ

DTX rəhbərliyi və əməkdaşları Şəhidlər xiyabanını ziyarət ediblərFOTO

20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları Şəhidlər xiyabanına gələrək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsini dərin hüznlə anıb, məzarları üzərinə qərənfillər düzüblər.

Bu barədə Xezerxeber.az-a DTX-nin Mətbuat xidmətindən məlumat verilib.

Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti adından “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

Şəhidlər xiyabanında dəfn edilmiş təhlükəsizlik orqanları əməkdaşlarının məzarları da ziyarət olunub.

  • DTX
  • DTX
  • DTX
  • DTX
  • DTX
  • DTX
Seçilən
108
43
xezerxeber.az

10Mənbələr