AZ

Əməkdar artist vəfat etdi

Əməkdar artist Niftulla Əsgərov vəfat edib.

OLAY yazır ki, tanınmış aktyor ürək-damar xəstəliyindən 65 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, N.Əsgərov 1959-cu ildə Lənkəran rayonunun Girdəni kəndində anadan olub. 1995-ci ildən Lənkəran Dövlət Dram Teatrında çalışıb.

2018-ci ildə əməkdar artist fəxri adına layiq görülüb. O, bir sıra filmlərdə və seriallardakı rolları ilə tanınıb.

Seçilən
170
8
olay.az

10Mənbələr