AZ

Pasiyentin öldüyü klinika fəaliyyətini bərpa etdi

Sabunçu rayonunda yerləşən, ölüm hadisəsi qeydə alınmış “Medicare” klinikasının fəaliyyətini bərpa etməsi barədə xəbərlər yayılıb. 

 

Artıq klinika bütün tibbi xidmətlər üzrə pasiyentlərin qəbulunu həyata keçirir. 

 

Qeyd edək ki, 21 dekabr 2023-cü il tarixdə 1971-ci il təvəllüdlü Lətafət Məmmədova “Medicare” klinikasında əməliyyat zamanı ölüb.

 

Hadisə ilə bağlı Baş Prokurorluq məlumat yayaraq araşdırma aparıldığını açıqlayıb.

 

Oxu.az

Tarix: 24 Yanvar 2024, 12:02   
Seçilən
224
26
pravda.az

10Mənbələr