AZ

Türkiyədə 5,2 bal gücündə zəlzələ olub

Türkiyədə

İstanbul, 25 yanvar, AZƏRTAC

Türkiyənin Malatya vilayətində 5,2 bal gücündə zəlzələ baş verib.

AZƏRTAC xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Bu gün yerli vaxtla saat 16.04-də meydana gələn zəlzələnin episentri Malatyanın Battalgazi rayonudur.

Ocağı yerin 13,93 kilometr dərinliyində qeydə alınan yeraltı təkanlar ətraf bölgələrdə də hiss edilib.

 

 

 

Seçilən
336
3
azertag.az

10Mənbələr