AZ

Süni intellektə görə “Google”, “Microsoft” və “Amazon”a qarşı istintaq açılıb

ABŞ Federal Ticarət Komissiyası (FTC) texnologiya dünyasının ən böyük adlarından bəziləri olan “Google”, “Amazon” və “Microsoft”, həmçinin süni intellekt üzərində işləyən “Anthropic” və “OpenAI” şirkətlərinə qarşı təhqiqat başlatdığını açıqlayıb.
İndex.az xəbər verir ki, sözügedən araşdırma texnologiya nəhənglərinin süni intellekt təşəbbüslərinə sərmayələrini və tələblərini araşdıracaq.
Bu nöqtədə “Microsoft-OpenAI” əlaqələrinin diqqət mərkəzində olacağını təxmin etmək çətin deyil.
FTC sədri Lina Xan açıqlamasında araşdırmanın əsas məqsədini belə izah edib: “Tarix göstərir ki, yeni texnologiyalar yeni bazarlar və sağlam rəqabət yarada bilər. Şirkətlər süni intellekt inkişaf etdirmək və ondan pul qazanmaq üçün yarışdıqca biz özümüzü qorumalıyıq”.
Bildiyiniz kimi, “OpenAI” 2022-ci ilin sonunda “ChatGPT”ni buraxdıqdan sonra texnologiya dünyasında heç nə əvvəlki kimi olmayıb. 2023-cü ildə gördüyümüz texnoloji irəliləyişlərin demək olar ki, hamısı generativ süni intellekt və AI-nin artıq istifadə etdiyimiz məhsullara inteqrasiyasını əhatə edirdi. FTC-nin əsas narahatlığı texnologiya nəhənglərinin bu böyük yarışda texnologiyanın gələcəyinə mənfi təsir göstərmək qabiliyyətidir…
Başqa sözlə, FTC-nin təhqiqatı texnologiya nəhənglərinin daha çox pul qazanmaq üçün sərmayə qoyduqları startapların innovasiya səylərini yönləndirib-söndürmədiklərini və istədikləri alətlərlə rəqiblərini yarışdan kənarlaşdırmaq potensialının və ya məqsədlərinin olub-olmamasına baxacaq. bu startaplar inkişaf edəcək. Onu da qeyd edək ki, şirkətlərin FTC-nin araşdırmasına cavab vermək üçün 45 gün vaxtı var.

Seçilən
342
27
index.az

10Mənbələr