AZ

Bakıda 36 yaşlı kişi şadlıq sarayında təmir zamanı yıxılaraq ölüb

Şəxsin hündürlükdən yerə yıxılması nəticəsində ölməsi faktı ilə bağlı araşdırma aparılır.Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.Məlumata görə, yanvarın 29-da paytaxtın Nərimanov rayonu ərazisində yerləşən şadlıq saraylarından birində aparılan təmir işləri zamanı 1988-ci il təvəllüdlü Bəhram Bayramovun dəmir konstruksiyanın üzərindən yerə yıxılması nəticəsində almış olduğu xəsarətdən ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Seçilən
164
28
korrespondent.az

10Mənbələr