AZ

"Barselona" və Braziliya millisinin sabiq futbolçusu məhkəmə qarşısına çıxacaq

"Barselona" və Braziliya millisinin sabiq futbolçusu məhkəmə qarşısına çıxacaq

İspaniyanın "Barselona" klubunun və Braziliya millisinin sabiq futbolçusu Dani Alveş məhkəmə qarşısına çıxacaq.

Proses Bakı vaxtı ilə fevralın 5-də saat 13:00-da başlanacaq.

Prokurorlar keçmiş cinah müdafiəçisi üçün 9 il həbs cəzası istəyirlər.

Bundan əlavə, Alveşin zərərçəkənə 150 min avro təzminat ödəyəcəyi gözlənilir.
Qeyd edək ki, o, 2023-cü il yanvarın 20-də gecə klubunda bir qadına təcavüz etməkdə ittiham olunaraq saxlanılıb.

Seçilən
238
12
sonxeber.az

10Mənbələr