Bakı. Trend:
Hazırda Bakıda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədarolaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürəthəddi 20 km/saat aşağı salınıb.
Trend xəbər verir ki, bu barədə Nəqliyyatıİntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Bildirilib ki, eyni zamanda, bütün məlumat sürət tablolarında"Güclü külək" işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürəthəddinə əməl etmələri xahiş edilib.