AZ

Bu qələbə xalqın öz müdrik Liderinə inamının, etimadının sarsılmazlığının göstəricisidir

Fevralın 7-də ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunması şəraitində keçirilən və tarixə Zəfər seçkiləri kimi yazılan bu seçkilərin bütün ölkə ərazisini əhatə etməsi, dövlət başçısı İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və ailə üzvlərinin Xankəndi şəhərindəki 122 saylı seçki dairəsinin 14 saylı seçki məntəqəsində səs vermələri qürurverici hadisələr sırasında oldu. Cənab İlham Əliyev Xankəndi şəhərində səs verməklə bir daha bütün dünyaya belə bir mühüm mesajı ünvanladı ki, bu torpaqlar bizim tarixi torpaqlarımızdır və biz burada əbədi olacağıq!

Yenisabah.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, bu qələbə xalqın öz müdrik Liderinə inamının, etimadının, xalq-Prezident birliyinin, həmrəyliyinin sarsılmazlığının göstəricisi olmaqla yanaşı, cənab İlham Əliyevin ilk dəfə dövlət başçısı seçildiyi 15 oktyabr 2003-cü il tarixdən bugünədək gördüyü titanik işlərin, Azərbaycanın qazandığı möhtəşəm uğurların təqdimatı və onlara yol açan qətiyyətli siyasətə verilən dəyərdir. 

YAP Xətai rayon təşkilatının sədri bildirib ki, 20 il zaman baxımından qısa dövr olsa da uğurların miqyası baxımından zəngin dövrdür. Ötən ilin 15 oktyabr tarixində Azərbaycan Bayrağını Xankəndidə ucaltdıqdan sonra xalqa müraciətində böyük qürur hissi ilə qeyd etdi ki, 20 ildə verilən bütün vədlər, qarşıya qoyulan bütün vəzifələr icra edilib. Azərbaycan bu illər ərzində bütün sahələrdə sürətli inkişafa nail oldu, insanların rifah halı daha da yaxşılaşdı. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirildi, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndi və 30 ilin torpaq həsrətinə son qoyularaq  ərazi bütövlüyümüz bərpa edildi. 

Məhz bu gün böyük qürur hissi ilə qeyd edirik ki, ərazi bütövlüyümüzün və suverenliyimizin təmin olunması ilə Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi milli qürurumuz özümüzə qayıtdı. Kimliyimizin, qürurumuzun təqdimatı olan üçrəngli Bayrağımız bu gün işğaldan azad edilən bütün torpaqlarımızda əzəmətlə dalğalanır. Milli ləyaqət, milli qürur uğurlarımızın əsas şərtləri oldu. Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir müstəqil Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına, tariximizin öyrənilməsinə və gələcək nəsillərə çatdırılmasına xidmət etdi. Dünyada tolerantlıq məkanı kimi tanınan Azərbaycan cənab İlham Əliyevin misilsiz xidmətləri sayəsində mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanındı.

 


Telegram kanalımız
Seçilən
864
7
yenisabah.az

10Mənbələr