AZ

Hacıqabul Sənaye Məhəlləsində məhsul istehsalı 3 dəfədən çox artıb

İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Hacıqabul Sənaye Məhəlləsində indiyədək 162 milyon manatdan çox məhsul istehsal edilib.

İZİA-dan Valyuta.Az-a bildirilib ki, sənaye məhəlləsində məhsul istehsalında da müsbət dinamika müşahidə olunur. 2022-ci ildə Hacıqabul Sənaye Məhəlləsində 38 milyon manatlıq məhsul istehsal edilmişdisə, 2023-cü ildə 3 dəfədən çox (118 milyon manatdan çox) məhsul istehsal olunub.

Sənaye məhəlləsində ümumi investisiya həcmi 164,5 milyon manat olan 14 sahibkarlıq subyekti rezident kimi qeydiyyatdan keçib və bunlardan 9-u fəaliyyətə başlayıb. Bugünədək Hacıqabul Sənaye Məhəlləsinə sahibkarlar tərəfindən 45,6 milyon manat investisiya yatırılıb, 220-dən çox daimi iş yeri yaradılıb.

Növbəti mərhələdə mövcud layihələr üzrə sənaye məhəlləsinə əlavə olaraq 119 milyon manat investisiyanın yatırılması, 1500-dən artıq daimi iş yerinin yaradılması planlaşdırılır.

Seçilən
231
4
valyuta.az

10Mənbələr