Bu gün səhər saatlarında İranın Sistan və Bəlucistan nəyalətinin Zahidan şəhərində SEPAH-a bağlı yarımhərbi "Bəsic" üzvləri Məhəmməd Ənvər Qumşadzehi və Əbdülhüseyn Bəluc güllələnərək öldürülüb.
Axar.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Bildirilib ki, "Bəsic" üzvləri Zahidan-Bam dəmir yolundakı mühafizə postunda naməlum silahlıların hücumu nəticəsində ölüblər.