AZ

Mariya Zaxarova: "Baş verən hadisə barədə xəbərsiz olmaq ABŞ kəşfiyyatının uğursuzluğudur"

"ABŞ xüsusi xidmət orqanlarının Fələstin-İsrail münaqişəsinin balamasının baş verəcəyi barədə xəbərdarlıq etmədiyi böyük uğursuzluğuna işarə edib". Bizimyol.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. Diplomat diqqəti Amerika televiziya kanallarının jurnalistlərinə müsahibəsində ABŞ dövlət katibi Antoni Blinkenin Yaxın Şərqdə eskalasiyanı proqnozlaşdıra bilməyən kəşfiyyat xidmətlərinin yanlış hesablamalarını şərh etməkdən imtina etməsinə yönəldib. "Bu necə mümkündür? Amerika Birləşmiş Ştatları Rusiyanın Ukraynaya 2021-ci ilin sonunda iki ay, 2022-ci ilin əvvəlində isə daha iki ay ərzində Ukraynaya "işğal etməsi” barədə dünyaya xəbər verdi. Və sonra Vaşinqton ərazisində minlərlə Amerika vətəndaşının olduğu ən yaxın müttəfiqi ilə ən böyük hərbi toqquşmanın baş verə biləcəyi etimalını qaçırdı? Necə olur ki, Yaxın Şərqdə hazırkı eskalasiya başlamamışdan ən azı bir gün əvvəl ABŞ-da heç kim bir məlumat olmayıb? Başqa bir sirr və bu, Con Kennedinin öldürülməsindən də pisdir”, - deyə diplomat öz "Telegram" kanalında yazıb. Zaxarova qeyd edib ki, Ukraynadakı vəziyyət, Kiyev rejimini silahla gücləndirməsi və Ukrayna ərazisinin səkkiz illik anti-Rusiya tramplininə hazırlanması ilə bağlı çoxlu faktlar var. “Buna görə də, 2022-ci ilin fevralına dörd ay qalmış anqlosakslar öz təxribatlarını ört-basdır etmək üçün lazım olan informasiya fonunu yaratdılar və sonra Ukrayna Prezidenti Vladimir Zelenskiyə Donbasın dəfələrlə atəşə tutulmasını gücləndirmək əmri verdilər”, - o qeyd edib. "Xatırladıram ki, amerikalıların hər yerdə, o cümlədən regionda peykləri və hərbi bazaları var, onların Maliyyə Nazirliyi dünyada bütün dollarların bank dövriyyəsinə nəzarət edir, kəşfiyyat xidmətləri telefonların dinlənməsini həyata keçirir və Amerika şirkətləri İT-nin avadanlıqlarına nəzarət edir, ən əsası isə, administrasiyada heç kim, ABŞ prezidenti Co Baydendə daxil olmaqla hələ də belə böyük uğursuzluğa görə istefa verməyib", - deyə Zaxarova əlavə edib. Qadir, Bizimyol.info

Seçilən
243
16
bizimyol.info

8Mənbələr