AZ

Təhsil alveri edən ekspertdən Kamran Əliyevə müraciət – Fuad Hacıyevin daha bir dələduzluq əməli

“Study İn Turkey Azerbaijan” şirkətinin rəhbəri, təhsil məsələləri üzrə ekspert Fuad Hacıyev yenidən dələduzluq əməli ilə gündəmə gəlib.

Bu barədə Bakupost.az –a müraciət edən şikayətçi İndira Orucova bildirib ki, 1 ildən çoxdur F.Hacıyev onun 7 400 manat pulunu qaytarmır:

 

“Keçən ilin aprel ayında qızımı ali təhsil alması üçün İnstaqram sosial şəbəkəsindən tapdığım “Study in Turkey” adlanan firmaya müraciət etdik.

Həmin firmanın direktoru Fuad Hacıyev ilə müqavilə bağladıq. Müqaviləyə görə həmin şirkət 20 400 manat qarşılığında qızımı Türkiyənin Ankara şəhərində yerləşən “Yıldırım Beyazid Universitet”nin tibb fakültəsinə düzəltməli idi.

Keçən ilin 18 apelində “Study in Turkey” firmasına 20.400 manat pul ödədim. Sentyabr ayında qızımla bilet alıb Ankaraya uçduq. Orda bizi özünü həmin şirkətin nümayəndəsi kimi qələmə verən “İbo” ləqəbli biri qarşıladı. Dörd gün bizi “süründürdükdən” sonra məlum oldu ki, ümumiyyətlə, biz heç bir universitetə düzələ bilmərik, çünki “öyrənci vizamız” yoxdur. Əvəzinə bizə türk dili kursları təklif etdilər”.

Daha sonra aldadıldıqlarını anlayan ana və qızı Bakıya geri qayıdıblar:

“Qayıtdıqdan sonra Fuad Hacıyevlə əlaqə saxladıq. O, müxtəlif bəhanələr və yalanlar danışdı və bizi inandırmağa çalışdı ki, işin düzəlməməyi onun günahı deyil. 14 noyabr 2022-ci ildə “Study in Turkey” firması ilə aramızda bağlanmış müqaviləyə xitam verildi və F.Hacıyev dekabr ayının sonuna qədər pulumuzun hamısını qaytaracağına söz verdi. Bundan sonra F.Hacıyev telefonunu söndürdü, zənglərimə cavab vermədi, iş yerində isə onu tapmaq qeyri-mümkün oldu. Onunla əlaqəni ancaq onların ofisində oturan, bütün məsələlərin iştirakçısı olan və pulu məndən şəxsən alan Hüsniyyə adlı xanım vasitəsi ilə əlaqə saxlayıram. Yanvar ayında F.Hacıyevin əməllərindən polisə şikayət etdim. Ərizəmin araşdırılması təhqiqatçı Rauf adlı əməkdaşa həvalə olunmuşdu. Bundan sonra bir ay ərzində hissə-hissə pulumun 6 000 manatını qaytardı. Polisdə Fuadın vədlərinə inanaraq, şikayət ərizəmi geri götürdüm. Fevral ayının 3-dən sonra yenə müxtəlif yalanlar söyləyərək vaxtı uzatdı, zənglərimə cavab vermədi, telefonunu söndürdü”.

İ. Orucova əlavə edib ki, F.Hacıyevin bu əməllərindən mart ayının 17-si DİN-ə və Respublika Prokurorluğuna müraciət edib:

“May, iyun aylarında F. Hacıyev yenə hissə-hissə 7000 manat qaytardı. İyun ayının 6-sı F. Hacıyevin növbəti vədlərinə inanaraq ərizəmi icraata götürmüş Xətai prokurorluğuna teleqram vurdum və yenə şikayətçi olmadığımı bildirdim. Bundan sonra F. Hacıyev yenə telefon zənglərimi cavabsız qoyur, qalan 7 400 manat borcunu qaytarmır”.

Şikayətçi qadın məsələ ilə bağlı Xətai Rayon Prokuroru Sərdar İmanova müraciət etdiyini vurğulayıb.

Məsələ ilə bağlı Bakupost.az F. Hacıyevlə əlaqə saxlamağa çalışsa da, ona zəng çatmadı.

Qeyd edək ki, 35 yaşlı F.Hacıyevlə bağlı bundan əvvəl də şikayət dərc etmişdik. Həmin vaat o, 300 minlik dələduzluqda ittiham edilərək cinayət məsuliyyətinə cəlb edilmişdi.

Seçilən
162
3
ulusal.az

3Mənbələr