AZ

İsrailin sui-qəsd PLANI – Qisas sihayısında yer alan ilk 4 nəfər kimlərdir? – FOTOLAR

Oktyabrın 7-də HƏMAS-ın İsrailə qarşı başlatdığı qanlı hücumdan sonra İsrail də əks hücuma keçib. İsrailin qisas alacağı “ölüm siyahısı”ndakı 4 nəfərin adı məlum olub.

Ulusal.az Sondakika.com-a istinadən xəbər verir ki, onlar yüksək rütbəli HƏMAS liderləridir.

Onlardan biri HƏMAS lideri İsmayıl Haniyədir. HƏMAS-ın keçirdiyi əməliyyatı “Əqsa tufanı” adlandıran İsmayıl Haniyə “torpaqlarımızı azad etmək və əsirlərimizi xilas etmək üçün mübarizəmizə davam edəcəyik” demişdi.

Digər hədəf HƏMAS-ın Qəzzadakı lideri Yəhya Əl-Sinvardır. İsrail ordusunun kontr-admiralı Daniel Həcəri “Bu hücumun komandiri Yəhya Sinvardır və o, ölüdür” deyə açıqlama verib.

İsrailin hitler siyahısında yer alan 3-cü şəxs əməliyyatın təşkilatçısı kimi tanınan Məhəmməd Deifdir. İsrail kəşfiyyatından qaçmaq üçün hər gecə ayrı-ayrı yerlərdə qalmaq məcburiyyətində olduğu üçün ona “Qonaq” ləqəbi verilib.

İsrailin izlədiyi digər adamın İzzəddin əl-Qəssam briqadalarının sözçüsü Əbu Ubeydə olduğu iddia edilir. İngilis teleqraf kanalı onun İsrailin qisas siyahısında ön cərgələrdə gəldiyini deyir.

Seçilən
219
ulusal.az

1Mənbələr