Lobya vitamin və minerallarla zəngindir. Eyni zamanda insan orqanizmi üçün çox faydalıdır.
Publika.az xəbər verir ki, yaşıl lobyanın bəzi sağlamlıq faydaları insanları çox təhlükədən qoruya bilər.
Həmin faydaları təqdim edirik:
1. Sümükləri möhkəmləndirir
2. Tərkibində K vitamini olduğu üçün D vitamininin mənimsənilməsini təmin edir. Sümüklərdən kalsiumun yuyulub getməsinin qarşısını alır. Osteoporoza qarşıdır.
3. Lifli qida olduğu üçün bağırsaqları təmizləyir, qəbizliyə qarşıdır
4. Ürək-damar sistemini möhkəmləndirir. Damarları təmizləyir
5. Yüksək təzyiqi salır
6. Bədəndən zərərli maddələri, toksinləri çıxarır
7. Qışdan sonra bədəni dirçəldir
8. İmmuniteti möhkəmləndirir
9. Saçları, dırnaqları, dişləri gücləndirir
10. Hamilələrdə dölün inkişafına təsir edir. Fol turşusu ilə təmin edir.