AZ

“Qarabağ”la oyun öncəsi “Braqa”da CİDDİ İTKİ

Portuqaliyanın “Braqa” klubunun kapitanı Rikardo Horta bu gün Avropa Liqasının pley-off mərhələsinin “Qarabağ”a qarşı keçiriləcək ilk oyununu buraxa bilər. 

Bizim.Media xəbər verir ki, cinah yarımmüdafiəçisi oyunöncəsi məşqdə iştirak etməyib. 

Klubdan bildirilib ki, Horta fiziki problemlərə görə idman zalında qalmalı olub. 
Üstəlik, Adrian Marin və Bruma da bu oyunda oynamayacaq. Lakin “Sportinq”lə (0:5) oyunu buraxan Serdar Saatçi “Qarabağ”la matçda meydanda olacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

Seçilən
279
28
bizim.media

10Mənbələr