AZ

ABŞ-də məhkəmə səhvinə görə 37 il cəza çəkmiş şəxsə 14 milyon dollar ödəniləcək

ABŞ-nin Florida ştatının Tampa şəhərinin səlahiyyətliləri səhv məhkəmə qərarına görə 37 ilini dəmir barmaqlıqlar arxasında keçirən 59 yaşlı Robert Dyubuaza mənəvi ziyana görə 14 milyon dollar təzminat ödəməyə razılaşıblar.Faktmedia-nın məlumatına görə, bu barədə "Associated Press" xəbər yayıb.Dyubuaz 1983-cü ildə Floridada 19 yaşlı Barbara Qramsın zorlanmasında və öldürülməsində günahkar bilinib. 2020-ci ildə, 1980-ci illərdə hüquq-mühafizə orqanlarına təqdim olunmayan DNT testi cinayətləri başqa bir şəxsin törətdiyini üzə çıxarıb. O vaxta qədər 37 il cəza çəkmiş Dyubuaz azadlığa buraxılıb.Şəhər Şurasının üzvləri pulun şəhərin Dyubuaz üçün edə biləcəyi ən az vəsait olduğunu deyirlər.

Seçilən
413
50
faktmedia.az

10Mənbələr