AZ

Azərbaycanın xaricdən aldığı buğda unu -19% UCUZLAŞIB

2023-cü ilin yanvar-dekabr aylarında Azərbaycan xaricdən 20 milyon 792 min ABŞ dolları dəyərində 71 min 955 ton buğda unu idxal edib.

FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da 2022-ci il ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 10 milyon 882 min dollar və ya 2,1 dəfə, həcm baxımından isə 44 min 218 ton və ya 2,6 dəfə çoxdur.

2022-ci ilin yanvar-dekabr aylarında xaricdən 9 milyon 911 min dollar dəyərində 27 min 737 ton buğda unu idxal  edilib.

1 ton unun idxal qiyməti 2023-cü ilin 11 ayı ərzində  289 dollar, 2022-ci ilin eyni dövründə 357 dollar təşkil edib.  Qiymətlərdə son bir ildə 68 dollar (19,1%) ucuzlaşma baş verib.

Ümumilikdə isə 1 kq buğda ununun idxalı 2023-cü ilin yanvar-dekabr aylarında 0,49 manat və 2022-ci ilin yanvar-dekabr aylarında 0,61 manata (0,12 manat ucuzlaşma) başa gəlib.

Seçilən
274
3
fed.az

10Mənbələr