AZ

Klinton: “Tramp prezident olarsa, ABŞ-ı NATO-dan çıxaracaq”

ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton xəbərdarlıq edib ki, keçmiş prezident Donald Tramp Ağ Evdə ikinci müddətə seçiləcəyi təqdirdə ABŞ-ı NATO-dan çıxarmağa çalışacaq,

KONKRET.az xəbər verir ki, bu barədə “NBC NEWS” xəbər verir.

Münhen Təhlükəsizlik Konfransında nahar sessiyası zamanı çıxış edən Klinton nümayəndələri Trampı sözün həqiqi mənasında ciddi qəbul etməyə çağırıb.

“2016-cı ildə insanlar onu ciddi qəbul etmədilər. İndi o, bizə nə edəcəyini söyləyir. İmkan verilsə, avtoritar lider olmaq üçün əlindən gələni edəcək. Tramp bizi NATO-dan çıxaracaq”, – Klinton qeyd edib.

Burhan,

KONKRET.az

Seçilən
189
23
konkret.az

10Mənbələr