AZ

Azərbaycan və Gürcüstan arasındafəal əməkdaşlıq əlaqələri mövcuddur - ŞƏRH

Abbas Əliyev, YAP Abşeron rayon təşkilatının sədri

Dövlətimiz və qonşu ölkə Gürcüstan arasında əməkdaşlığın davamlı inkişafı sayəsində bu gün Azərbaycan və Gürcüstan arasındakı dostluq, qardaşlıq əlaqələri möhkəmlənir və güclənir. Ölkələrimiz arasında ənənəvi görşlər bir-birinə daha yaxın olmasına və xalqlarımızın bir-biri ilə daha da sıx dostluq etməsinə xidmət edir. Cənab Prezident İlham Əliyevin 8 oktyabr 2023-cü il tarixdə Tbilisiyə rəsmi səfəri və səfər çərçivəsində mətbuata verdiyi bəyanat böyük əhəmiyyət kəsb edir. Bunu YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev deyib.

Abbas Əliyev qeyd edib ki, Cənab Prezident İlham Əliyev bəyanatında diqqətə çatdırdı ki, 3 il bundan əvvəl İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü, keçən ay isə bütün ölkə üzrə suverenliyini bərpa etdikdən sonra Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh müqaviləsi üzərində fəal işlər görülür. Əgər buna nail olsaq, o zaman Cənubi Qafqazda tamamilə yeni bir siyasi vəziyyət yaranacaq. Ölkə başçımız bildirdi ki, bu gün bir neçə ölkə və eyni zamanda, bəzi beynəlxalq təşkilatlar Ermənistan və Azərbaycan arasında gedən normallaşma prosesində öz dəstəklərini göstərirlər. Bu əgər birtərəfli və qərəzli deyilsə, əlbəttə, biz istənilən vasitəçiliyi və yardımı qəbul edirik. Ancaq ən düzgün seçim həm tarixi əlaqələri, həm coğrafi amili nəzərə alaraq, əlbəttə ki, bu sahədə Gürcüstan ola bilərdi. Bakı-Tbilisi-Qars dəmir yolunun aşırma qabiliyyətinin 5 dəfədən çox artırılması və yaxın gələcəkdə fəaliyyətə başlaması da Orta Dəhlizin güclənməsinə xidmət edəcək.

Azərbaycan və Gürcüstanın birlikdə və digər qonşu ölkələrlə birgə icra etdiyi layihələr böyük məna daşıyır. Bizdə güclü siyasi iradə və artıq yaradılmış güclü infrastruktur var. Qeyd etmək lazımdır ki, Azərbaycanın qonşu ölkələrlə bağlı siyasətində Gürcüstanla münasibətlər xüsusi əhəmiyyəti vardır. Dövlətimiz öz
enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit rol oynayır. Ölkələrimiz arasında digər sahələrlə yanaşı parlamentlər səviyyəsində də fəal əməkdaşlıq əlaqələri vardır. Azərbaycan və Gürcüstanın qanunverici orqanlarında birgə işçi qrupları var. Azərbaycan ilə Gürcüstanın tarixi İpək Yolu üzərində yerləşməsi və ölkələrimiz tərəfindən birgə irimiqyaslı enerji və nəqliyyat layihələrinin icra edilməsi regionumuzdan keçən yük axınının həcmini dəfələrlə artırıb. Azərbaycan və Gürcüstan arasında uğurlu regional əməkdaşlıq münasibətləri çərçivəsində irimiqyaslı qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin (Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu və s.) reallaşdırılması bölgədə sülhə və sabitliyə xidmət edir. Yaxın gələcəkdə inanırıq ki, bu əməkdaşlıq daha da güclənəcək.

Seçilən
211
3
sia.az

4Mənbələr