AZ

Nazir: Dəmir yolları Türkiyə hökumətinin nəqliyyat sahəsində prioritetidir

Nazir:

İzmir, 24 fevral, AZƏRTAC

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu ölkə iqtisadiyyatı üçün dəmir yollarının əhəmiyyətinin artmasını bəyan edib.

AZƏRTAC xəbər verir ki, Uraloğlu İzmirdə çıxışı zamanı Türkiyənin 2028-ci ilədək 1780 kilometr yeni avtomobil və 14 min kilometrədək dəmir yollarının salınacağını planlaşdırdığını bildirib.

Onun sözlərinə görə, Türkiyədə dəmir yollarının ümumi uzunluğunu 28 min kilometrə çatdırmaq planlaşdırılır.

“Yaxın illərdə Türkiyə hökuməti mülki aviasiya sahəsində mühüm addımlar atacaq, lakin nəqliyyat sahəsində əsas diqqət dəmir yollarına ayrılacaq. Məhz bu məsələyə dövlət investisiyaları nəzərdə tutulub. Bu, prioritetdir”, - deyə nazir qeyd edib.

Uraloğlu ölkənin geostrateji vəziyyətinə diqqət çəkərək xatırladıb ki, Türkiyədən 4 saat uçuş məsafəsində ümumi əhalisi 1,4 milyard nəfər olan 67 ölkə yerləşir. “Bu ölkələrin ümumi daxili məhsulu bütövlükdə 40 trilyon dollar göstəricini üstələyir, xarici ticarətin məcmu potensialı 8 trilyon dollara çatır”, - deyə türkiyəli nazir izah edib.

Nazir vurğulayıb ki, hazırda Türkiyədən 130 ölkənin 143 hava limanına birbaşa aviareyslər həyata keçirilir. Bununla yanaşı, Türkiyədə aeroportların sayının 57-dən 61-ə çatdırmaq planlaşdırılır.

Seçilən
335
49
azertag.az

10Mənbələr