"Tarixdə elə an olubmu ki, türk bizdən nəyisə alsın, sonraqaytarsın?"
ABŞ-dəki erməni icmasının diaspor fəallarından olan AraHarutyunyan "Dünya birliyinə açıq məktub" adlandırdığı müraciətiyayıb.
Müraciəti sosial şəbəkələrdə təkrarən paylaşan, əslənXankəndidən olan Vardges Ovyan da "məsələnin həddən ziyadə ciddi"olduğunu vurğulayıb.
Nədir bu "ciddi məsələ"?
Sabiq "Dağlıq Qarabağ" muxtar vilayətini və 30 il erməniişğalında olmuş Azərbaycan ərazilərini "İsveçrəyə tam bərabərməkan" adlandıran ermənilər Azərbaycanın onlara, yəni qarabağlıermənilərə tam 1 trilyon dollar (!) təzminat ödəməli olduğunu bəyanediblər.
Ötən ilin sentyabrın sonlarında Azərbaycanı könüllü tərk edərək,Ermənistana yollannmış qarabağlı ermənilərin "dəqiq sayı"nı artıq120 minə çatdıran müraciət, yəni "açıq məktub" müəllifləri bəyanediblər: "Bizə Azərbaycan divan tutub və qarabağlı ermənilər indiəsl cəhənnəm yaşayırlar. Belə faciənin bir daha təkrarlanmaması,bizə dəymiş ziyanın ödənməsi üçün Azərbaycanın hər qarabağlıerməniyə 1 milyon dollar təzminat ödəməsini təmin edin! Bu pul bizəErmənistanı tərk edərək, dünyanın istənilən bir məkanında yenihəyata başlamaq üçün gərəkdir".
Müraciət sosial şəbəkələrdə yayılandan sonra qarabağlıermənilərə bu "sənəd"i imzalamaq çağırışı edib və artıq yüzlərləerməni "açıq məktub"la tam razılaşaraq yazılanlarıdəstəklədiklərini bildiriblər.
Gerçəkdən də, çox maraqlı və eyni zamanda, ibrətamiz birmətndir:
Əvvəla, bəlli olur ki, ermənilərin "Qarabağ bizimdir!", "Ölərik,amma Qarabağı vermərik!", "Qarabağlı ermənilər müstəqildir və əbədiolaraq müstəqil olacaqlar!" tipli bravur bəyanatlar zahirənçoxsaylı, qətiyyətli və gur səslənirdisə də, mahiyyət etibarilə sözyığınından ibarət olub.
Ermənilərə xas olan və əsrlərdən bəri dəyişməz qalan nihilizm,kosmopolitzm, cəlayi-vətənçilik onların ruhunu tərk etməyib.
"Vətən yaxşı yaşadığım yerdir" düşüncəsi ermənilərin yaşamfəlsəfəsinin və təfəkkürünün ayrılmaz hissəsi, bu etnik qrupungenetik kodlarında yer alaraq aksioma çevrilmiş təsəvvürdür.
"Dünyanın istənilən bir məkanında yeni həyata başlamaq üçün"ifadəsi bir daha bariz şəkildə sübut edir ki, Azərbaycanı könüllütərk edərək, Ermənistana yollanmış qarabağlı ermənilərin taməksəriyyəti bundan sonrakı həyatlarını "ana vətən" dedikləri əraziilə, yəni Ermənistanla bağlamaq istəmirlər. Onlar özləriniErmənstanda həyat sürərək, burada dəfn ediləcək insanlarsaymadıqlarından üçüncü ölkələrə, imkan olarsa, Avropaya,Avstraliyaya, ABŞ-yə və ya Cənubi Amerikaya mühacirət etməkistəyirlər. İmkanları məhdud olan qarabağlı ermənilərsə Rusiyaya üztutmaq fikrindədir. Ermənistanda qalmaq və bu süni yaradılmışölkədə yaşamaq istəyənlərin toplam sayı elə İrəvandakı rəsmiqurumlarla yanaşı, qeyri-hökumət təşkilatlarının statistikalarınavə hesabatlarına görə, 10 faizdən artıq deyil.
Qarabağlı ermənilər Bakının onların hər birinə "təzminat"qismində 1 milyon dollar verməsini istəyirlər. Tamam, bir anlıqfərz edək ki, bu sarsaq və idiotik tələb reallaşır. Onda beynəlxalqhüquqa, məntiqə və ədalətə uyğun olaraq Ermənistan da 1988-ci ildənbəri doğma yurd-yuvalarından didərgin saldığı azərbaycanlılaratəzminat ödəməlidir. Ermənilərin yürütdükləri siyasət, həyatakeçirdikləri kütləvi qətllər və işgəncələr nəticəsində Ermənistanı300 mindən artıq soydaşımızın tərk etmək məcburiyyətində qaldığınıvə həmin azərbaycanlılardan hər birinə 1 milyon dollarödənilməsinin gərəkdiyini nəzərə alsaq, məbləğ ən azı 300 milyondollar edir.
Bundan başqa, əzəli və tarixi Azərbaycan əraziləri olmuş, indimüasir Ermənistanın əyalətləri olan torpaqlarımızın ümumi sahəsiQarabağa bərabərdir, hətta daha çoxdur. Belədirsə, İrəvanın ödəməkzorunda qaldığı təzminat 2 trilyon üstəgəl 300 milyon, yəni 2,3trilyon dollar etməlidir.
Rəsmi İrəvan "onda Azərbaycan da 1988-1991-ci illərdə ölkənitərk etmiş ermənilərə görə təzminat verməlidir" deyərsə, "Bəs Bakıvə Sumqayıt erməniləri necə olsun?" tipli nimdaş, əsassız iddiasınısəsləndirərsə, tələbimizin konfiqurasiyasını dəyişə bilərik.
Azərbaycan ərazilərinin 20 faizinin erməni işğalında olduğu 30il ərzində 700 minə yaxın soydaşımız ev-eşiyindən didərginsalınaraq, məcburi köçkünlərə çevrilmişdilər.
Onların hər birinə - qarabağlı ermənilərin kalkulyasiyasına görə- 1 milyon dollar məbləğində təzminat ödənməlidirsə, onda İrəvanBakıya minimum 700 milyon dollar verməlidir.
Əraziləri də nəzərə alsaq, həmin məbləğ 2,7 trilyon dollaraçatır.
Təbii, bütün bunlar qarabağlı ermənilərin "dünyaya açıq məktub"uəsasında aparılan hesablamalardır.
Lakin problemə ciddi nəzər salsaq, Ermənistanınn Azərbaycanaödəməli olduğu təzminat, yəni reparasiyalar Bakı və İrəvan arasındasülh sazişinin imzalanmasına yönəlmiş danışıqlar prosesinin tərkibhissəsi ola bilər.
Halbuki Bakı və İrəvan arasında sülh sazişinin imzalanmasıprosesi hələlik dar çərçivədədir, bir əsas mövzudan ibarətdir.Sonradan prosesin müstəvisinin genişlənməsi, oraya Zəngəzur dəhlizilayihəsinin, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı əraziiddialarının yer aldığı bəndin götürülməsi, şərti dövlət sərhədinindemarkasiya və delimitasiyasının, kommunikasiyaların qarşılıqlışəkildə açılmasının, erməni işğalında olan 8 kəndimizin azadedilməsinin və təzminat ödənişlərinin daxil edilməsi labüddür.
Təbii, prioritet məsələ sülh sazişi olduğundan sadalananməsələlər, ələlxüsus da Ermənistan Konstitusiyasına dəyişikliklərvə Zəngəzur dəhlizi layihəsi bir qədər sonraya saxlanaraq ertələnəbilər. Amma ermənilər "Bakı bizə təzminat ödəməlidir" tələblərinisəsləndirməyə davam etsələr, Ermənistanınn Azərbaycana ödəməliolduğu reparasiyalaro mövzusunu rəsmi Bakı daha aktiv, daha tezsəsləndirə bilər.
Erməni işğalı nəticəsində ölkəmizə dəymiş ziyan hazırdahesablanır, itkilərin monitorinqi aparılır.
İrəvan reparasiyalar mövzusundan yayına bilməz, çünki 2020-ciilin noyabrın 10-da Azərbaycan, Rusiya Federasiyası və Ermənistanarasında imzalanmış üçtərəfli bəyanatda N.Paşinyan Azərbaycaniərazisində Ermənistan silahlı qüvvələrinin mövcudluğu faktınıtəsdiqləyib.
Qarabağdakı separatçıların 1989-cu ildə qəbul etdikləri sənədinsonradan Ermənistanın Müstəqillik Bəyannaməsində vəKonstitusiyasının preambulasında əks olunması da İrəvanın Bakıyaqarşı ərazi iddiaları ilə yanaşı, Qarabağı Ermənistanabirləşdirməklə bağlı illüziyalarının rəsmi sübutudur.
Fransanın Ermənistana hamilik etməsi, baş nazir Nikol Paşinyanınməhz Fransa prezidenti Emmanuel Makrona güvənərək, “Azərbaycanlasülh sazişi hazırda mümkün təsir bağışlamır” bəyanatı da Bakınıdanışıqlar prosesində yeni şərtlər irəli sürməyə sövq edəbilər.
Daha konkret olsaq, Ermənistanın təzminat ödəmək məcburiyyətiilə bağlı şərt sülh sazişinin imzalanmasına yönəlmiş danışıqlarprosesinindən sonrakı yox, ilkin mərhələyə çevrilə bilər.
Ermənistan rəhbərliyinin danışıqları sürəkli olaraq uzatmağaçalışdığını və ermənilərin Azərbaycana qarşı təzminat fikrindən əlçəkməldiklərini nəzərə alsaq, reparasiyalar məsələsini hüquqimüstəviyə çıxarmağa, beynəlxalq səviyyədə İrəvana qarşı iddialarqaldırmaqda fayda var.
Belədə Ermənistanla yanaşı, ermənilərin Qərbdəki havadarları dacavab vermək məcburiyyəti ilə üzləşməlidir.