AZ

Azərbaycan şirkəti Rusiyada 3 sanatoriyanın tikintisinə 165 milyon manat sərmayə qoyacaq

Azərbaycan şirkəti Jeleznovodsk şəhərinin xüsusi iqtisadi zonasında üç sanatoriyanın tikintisinə 9 mlrd. rubla (165,6 milyon manat) yaxın sərmayə qoymağı planlaşdırır.

Rusiya mətbuatının yaydığı məlumata görə, bunu kurortun rəhbəri Yevgeniy Bakulin Mineralnıye Vodıda keçirilən XII Rusiya-Azərbaycan regionlararası forum çərçivəsində deyib.

"İnvestorlar yenidən Jeleznovodsk xüsusi iqtisadi zonasına maraq göstəriblər. Azərbaycanlı investor ümumi sahəsi 9 hektar olan üç torpaq sahəsi üçün müqavilə bağlayıb. İnvestisiyaların həcmi təxminən 9 milyard təşkil edəcək", - Yevgeniy Bakulin qeyd edib.

Onun sözlərinə görə, 600 otaqlı və 1200 çarpayılıq üç sanatoriyanın tikintisi nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının bu günə olan məzənnəsinə görə, 1 Rusiya rublu 0,0184 manata bərabərdir. (Marja)

Seçilən
69
11
fed.az

10Mənbələr