AZ

Kamaləddin Qafarov: “Şuşa mötəbər beynəlxalq tədbirə ev sahibliyi etdi”

Bakı. Trend:

Hazırda Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatına sədrliketməsi və bu il oktyabrın 10-da İƏT Nazirlər Şurasının 27-ciiclasının məhz Şuşa şəhərində keçirilməsi ölkəmizin Təşkilatdaxilində sahib olduğu yüksək nüfuzunun və beynəlxalq mövqelərininmöhkəmlənməsinin göstəricilərindən biridir. Ölkə Prezidenti cənabİlham Əliyevin tədbir iştirakçılarına ünvanladığı məktubunda daqeyd olunmuşdur ki, İƏT regionumuzun nəhəng iqtisadi potensialındandaha səmərəli istifadə, region ölkələri arasında iqtisadiyyat vəticarət sahəsində əlaqələrin inkişaf etdirilməsi baxımındanəlverişli imkanlara malikdir.

Trend xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında MilliMəclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat Azərbaycanın İƏT-də sədrlik mövzusunun əhəmiyyətindənbəhs edərək deyib: “Bu ilin yanvar ayının 24-də ÖzbəkistanınDaşkənd şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq TəşkilatınınNazirlər Şurasının 26-cı iclasında qəbul olunmuş qərara əsasən2023-cü il üçün Təşkilata sədrlik rəsmən Azərbaycana keçmişdir. Bugün ətraf mühitin çirkləndirilməsi, atmosferin həddindən artıqkarbonlaşması kimi problemlər bütün bəşəriyyəti təhdid edən qlobaltəhlükələrə yol açmışdır. Məhz bu problemlərin həlli yollarınındaha effektiv şəkildə tədqiq edilməsi məqsədilə də dekarbonlaşma,“yaşıl enerji” növlərinin artırılması kimi məsələlər ölkəmizindayanıqlı inkişaf gündəliyinin əsası kimi müəyyən edilib. Eynizamanda “yaşıl enerji” zonası elan edilmiş Qarabağ və ŞərqiZəngəzurda aparılan genişmiqyaslı yenidənqurma və bərpa işləri“ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyasına uyğun olaraq həyatakeçirilir ki, bu da Azərbaycanın İƏT-də sədrlik mövzusu iləhəmahənglik təşkil edir. Təbii ki, Azərbaycan bütün dost vətərəfdaş ölkələrə ən müxtəlif sahələrdə əməkdaşlıq üçün hər zamanaçıqdır. Etibarlı tranzit ölkə kimi, Azərbaycanınnəqliyyat-logistika infrastrukturu bütün İƏT ölkələri üçün açıqdır.Möhtərəm dövlət başçımızın müraciətində də qeyd olunmuşdur ki,Azərbaycan Şərq-Qərb marşrutu üzrə yükdaşımalara tələbatınartdığını nəzərə alaraq Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınanyüklərin həcminin 1 milyon tondan 5 milyon tona çatdırmağıhədəfləyir. Həmçinin İran İslam Respublikasının ərazisi vasitəsiləNaxçıvan Muxtar Respublikasına çıxış imkanı yaradacaq avtomobil vədəmir yolunun çəkilməsi barədə bu ölkə ilə razılıq əldə olunmuşdur.Azərbaycan, eyni zamanda, Şimal-Cənub Nəqliyyat Dəhlizininötürücülük qabiliyyətinin daha da genişləndirilməsi üzərində fəalçalışır.”

Kamaləddin Qafarov bu məqamı da xüsusi qeyd etmişdir ki,Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılangenişmiqyaslı yenidənqurma və bərpa işləri, həyata keçirilənlayihələr barədə İƏT üzvlərinə təqdim olunan açıqlamalar Azərbaycanhəqiqətlərinin geniş dünya ictimaiyyətinə çatdırılması baxımındanda böyük önəm kəsb edir: “Azərbaycan 2020-ci ildə öz tarixitorpaqlarını Ermənistanın işğalından azad etdikdən dərhal sonra buərazilərdə irimiqyaslı bərpa-quruculuq işlərinə başlamışdır. İşğaldövründə ermənilərin bu torpaqlarda törətdikləri vandallıqlarnəticəsində Azərbaycanın yüzlərlə şəhər, qəsəbə və kəndləritamamilə dağıdılaraq yer üzündən silinmişdir. Buna görə də ölkəmizbu əraziləri demək olar ki, başdan-başa yenidən qurur. Ötən üç ilərzində əldə olunan nəticələr həqiqətən də möhtəşəmdir. Milliprioritetlərimiz sırasında olan “Böyük Qayıdış” proqramı bu günuğurla icra edilir. Proqram çərçivəsində bu günə qədər Laçın,Füzuli şəhərlərinə, Ağalı, Zabux və Talış kəndlərinə köçkünlərinqayıtması təmin olunub. Növbəti 3 ildə isə daha 100 minə qədərköçkünün doğma yurd-yuvalarına dönməsi planlaşdırılır. Regiondahəyata keçirilən layihələr Qarabağın və Şərqi Zəngəzurundirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına xidmət edir. Həminərazilərin inkişaf etmiş regiona çevrilməsi prosesi gedir. İşğaldanazad olunmuş ərazilərdə həyata keçirilmiş vacib infrastrukturlayihələri, o cümlədən iki yeni beynəlxalq hava limanı tikilibistifadəyə verilməsi və üçüncüsünün hazırda Laçında inşasının davametməsi regionun beynəlxalq statusunu artırır. Təsadüfi deyil ki,Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhəri 2026-cı il üçünİƏT-in turizm paytaxtı elan edilmişdir. Bu əlbəttə ki, əlamətdarhadisədir və birmənalı olaraq Azərbaycanın növbəti uğuru kimiqiymətləndirilməlidir”.

Seçilən
226
13
az.trend.az

10Mənbələr