AZ

Sədr müavini: "Həzi Aslanov" stansiyasında iki mərhələli təmir işləri aparılacaq

Bakı, 28 fevral, AZƏRTAC

Metronun "Həzi Aslanov" stansiyasında iki mərhələli təmir işləri aparılacaq. Öncə stansiyadan çöldə divarların bərkidilməsi və qazma işləri aparılacaq.

AZƏRTAC xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin sədr müavini Hidayət Məmmədov qurumun yaradılmasının 10 ilinə həsr olunmuş “Dəyişməyən dəyərlər, dəyişən imkanlar” adlanan konfransda bildirib.

Sədr müavinin sözlərinə görə, bundan sonra müəyyən məhdudiyyətlər tətbiq edilməklə, hərəkət üçün bağlamamaq şərtilə stansiyanın digər dalanında əsaslı təmir işləri aparılacaq.

“Yəni qatarların stansiyaya gediş-gəlişi təmin ediləcək, sadəcə dalanın hərəkəti məhdudlaşdırılacaq. Bakı metrosunun "Cəfər Cabbarlı" stansiyasında təmir işləri bu ilin birinci yarısında yekunlaşacaq. Stansiyada artıq üzlük işlərinə başlamışıq, divarlarında, orta zalda müvafiq işlər aparılır", - deyə H.Məmmədov əlavə edib.

 

Seçilən
66
4
azertag.az

5Mənbələr