AZ

Sabahın hava PROQNOZU

Bakı. Trend:

Martın 2-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, sabahBakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludluolacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyigözlənilir.

Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1° şaxtadan3°-dək isti, gündüz 7-12° isti olacaq. Atmosfer təzyiqi 771 mm civəsütunundan 767 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %,gündüz 50-60 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyigözlənilir. Gecə və səhər arabir duman olacaq. Şərq küləyiəsəcək.

Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13°isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək istiolacaq.

Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağıehtimalı var.

Seçilən
287
49
az.trend.az

10Mənbələr