AZ

Füzuliyə köçürüləcək ailələr arasında növbəti püşkatma keçirilib

Bakı. Trend:

Martın 1-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrəDövlət Komitəsində Füzuli şəhərinə növbəti mərhlədə köçürüləcəkailələr arasında püşkatma keçirilib.

Trend xəbər verir ki, tədbirdə Dövlət Komitəsinin rəhbərşəxsləri, Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadirayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonuistisna olmaqla) xüsusi nümayəndəliyinin, Füzuli Rayon İcraHakimiyyətinin və Dövlət Komitəsi yanında İctimai Şuranınnümayəndələri iştirak ediblər.

Füzuli şəhərindəki yeni yaşayış yerlərinə indiyədək müvəqqətiməskunlaşma binalarında ağır şəraitdə yaşayan və bu şəhərdə daimiqeydiyyatda olan ailələr ilkin mərhələdə köçürülür. Bugünküpüşkatmada 139 ailə iştirak edib. Ailə tərkibinə uyğun olaraq,onlardan 49-u ikiotaqlı, 73-ü üçotaqlı, 17-i dördotaqlı mənziltəqdim olunub.

Püşkatmanın keçirilməsi məcburi köçkünlərin yerləşdirilməsindəobyektivliyi və şəffaflığı təmin etmək məqsədi daşıyır. Məcburiköçkün ailələrinin nümayəndələri tərəfindən püşkatma vasitəsiləonlara verilən evlərin dəqiq ünvanı müəyyənləşdirirlir.

Tezliklə daimi yaşayış üçün Füzuli şəhərinə qayıdacaq keçmişməcburi köçkünlər çox böyük sevinc hissi keçirdiklərini, işğaldanazad olunmuş ərazilərdə yaradılan şəraitə və onlara göstəriləndiqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birincivitse-prezident xanım Mehriban Əliyevaya dərin minnətdarlıqlarınıbildiriblər.

Püşkatmada iştirak etmiş ailələr yaxın günlərdə Füzuli şəhərinəyola salınacaqlar.

Məqalədə:
Seçilən
178
20
az.trend.az

10Mənbələr