AZ

Samuxda qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanılıb

Bakı. Trend:

Samuxda qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanılıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN)Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Su Nəqliyyatında Polis İdarəsinin Mingəçevir Xəttpolis məntəqəsinin əməkdaşlarının Mingəçevir su anbarındakeçirdikləri növbəti monitorinqlər nəticəsində Samux rayonununQırmızı Samux kəndi ərazisində qeyri-qanuni balıq ovu ilə məşğulolan T.Atakişiyev saxlanılıb.

Yoxlama zamanı ondan bir ədəd rezin qayıq, iki ədəd avar,sintetik tor, bir ədəd “domça” adlandırılan balıqovlama vasitəsi,ovladığı “Şəhmayi” balıqları və digər əşyalar götürülərəkprotokollaşdırılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Məqalədə:
Seçilən
127
28
az.trend.az

10Mənbələr