AZ

NATO-nun genişmiqyaslı təlimi keçirilir, Finlandiya ilk dəfə iştirak edir

Bu gün Şimali Atlantika Alyansının (NATO) “Nordic Response 24” adlı genişmiqyaslı hərbi təlimləri başlayır...“Report” xarici KİV-ə istinadən xəbər verir ki, təlimlər Finlandiyanın şimalında, İsveçdə və Norveçdə keçirilir.Manevrlərə Norveç rəhbərlik edir.Təlim martın 15-dək davam edəcək.Bu, Finlandiyanın NATO təlimlərində ilk iştirakıdır. Rəsmi Helsinki manevrdə 4100-ə yaxın hərbi qulluqçu ilə təmsil olunur.“Nordic Response 24” quru, dəniz və hava manevrlərindən ibarətdir. Təlimdə 14 ölkədən ümumilikdə 20 minə yaxın hərbçi iştirak edir.Poliqon.info

Seçilən
369
50
poliqon.az

10Mənbələr